Portuqaliyalı səyahətçi, Hindistana ilk dəfə gəmi vasitəsilə gedən avropalı Vasko de Qama 1469-cu il dekabrın 24-də anadan olub.
Hələ Portuqaliya kralı Hindistana dəniz yolunu kəşf etmək üçün 1497- ci ildə Vasko da Qamanın başçılığı ilə ekspedisiya göndərdi. Vasko de Qama ərəb İbn Məcidin köməyi ilə Hindistanın Kəlküttə şəhərinə gəlir və Hindistanı kəşf edir.
Hindistanla ticarəti öz əllərində saxlayan portuqaliyalıların bura gəlişindən narahat olan ərəb tacirlərinin məsləhəti ilə racə sahilə çıxan portuqaliyalıları həbs etdi.
Buna cavab olaraq, Vasko de Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmadı.
Racənin əyanlar üçün göndərdiyi qayığı portuqaliyalılar atəşə tutdu. Vasko de Qama çoxlu ədviyyat aldı və Avropaya qayıtdı. Portuqaliyalılar ekspedisiyaya çəkilən xərcdən 60 dəfə çox qazanc götürdülər.
Onlar donanma və odlu silahdan istifadə edərək, Ərəbistan və Hindistan yarımadasını, Afrikanın Hind okeanı sahillərini müstəmləkəyə çevirdilər. Onlar şəhərlərin əhalisini qırır, yerində qalalar tikirdilər.
Pihilip Henry-tarixçi: “Ümumiyyətlə, onlar ərəbləri Hind okeanından tamamilə sıxışdırıb çıxartdılar. Amma bununla kifayətlənməyib Şərqə doğru irəlilədilər. Daha çox ədviyyat növləri becərilən Zond və Molukk adalarını tutdular. Bundan sonra onlar Çinə və Yaponiyaya gedib çıxdılar. Beləliklə, böyük coğrafi kəşflər ilk müstəmləkə işğallarının başlanmasına zəmin yaratdı və bu yolda Vasko de Qamanın rolu böyük olub".
O, çox uğurlu kəşfləri ilə yadda qalsa da, bəzən tale yolları gözlənilməz anda insanın arzularının ürəyində qalmasına səbəb olur. Amansız ölümdə Vasko de Qamanın sadəcə adını səyyahlar sırasına saldı.
Könül Qalibqızı /http://www.kepeztv.az/

Yorum Gönder